I Liqanın son turunun iki oyunu AFFA tərəfindən araşdırılır.
Saytımız bu barədə kifayət qədər ciddi bilgi əldə edib.
Redaksiyamızın aldığı informasiyaya görə, UEFA-dan federasiyaya serkulyar məktub daxil olub.
Avropa futbol qurumu I Liqanın 16-cı turunun iki qarşılaşmasına külli miqdarda pul qoyuluşu edilməsi barədə AFFA-nı məlumatlandırıb.
Belə ki, bu matçlara Çin və Asiyanın bəzi ölkələrindən «stavka» qoyulub, nəticədə yüz minlərlə dollar udulub.
UEFA-nın məktubu əsasında hərəkətə keçən AFFA artıq müəyyən addımlar atıb.
Federasiya hüquq-mühafizə orqanları vasitəsilə qeyd olunan məqamları incələməyə start verib.
SPORTİNFO.AZ

