«İmişli»nin baş məşqçisi Jorj Kaskilya İbrahim Əliyevi əsas komandadan uzaqlaşdırıb.
Portuqaliyalı qəfildən belə qərar qəbul etiməyib.
Səbəb var, özü də kifayət qədər ciddi! Belə ki, yarımmüdafiəçi onun köməkçisinə qarşı qeyri-etik dayanıb.
Hadisə Sumqayıtda baş verib. Belə ki, Premyer Liqanın 14-cü turu çərçivəsində eyniadlı komandanın qonağı olan «İmişl»" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
90+1-ci dəqiqədə Ezikiel Morqanın əvəzinə meydana daxil olmuş Əliyev 90+7-ci dəqiqədə hesabı bərabərləşdirmək imkanı yaxalasa da, penaltini qaçırıb.
Olay da bunun üstündə yaşanıb. Kaskilyanın yardımçısı qarşılaşmadan sonra paltardəyişmə otağında İbrahimə yaxınlaşaraq, irad tutub.
Səbəbkar isə əsəblərinə hakim ola bilməyərək, ona sərt şəkildə reaksiya göstərib: öncə təhqiramiz ifadə işlədib, ardınca mütəxəssisi sinəsindən tutaraq geri itələyib.
O, zərbənin təsirindən divara çırpılıb.
Kaskilya hadisə barədə məlumat alınca, hər iki tərəfi danlayıb, daha sonra futbolçunun düşərgədən uzaqlaşdırılması barədə rəhbərliyə raport verib.
SPORTİNFO.AZ

