Mərcə girişən 14 futbolçu həbs olundu: Biri millimizin müdafiəçisidir - FOTO

26 Dekabr 2025 14:20 Qalmaqal 1 522
Mərcə girişən 14 futbolçu həbs olundu: Biri millimizin müdafiəçisidir - FOTO

Azərbaycan millisinin sabiq oyunçusu İsmail Karakaş həbs olunub.

Sportinfo.az xəbər verir ki, o, İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı əməliyyatlar çərçivəsində həbsinə order verdiyi 14 oyunçudan biridir.

26 yaşlı müdafiəçi Azərbaycanın U-17 və U-19 millilərinin üzvü olub. Karakaş U-19-un heyətində 3, U-17-də 11 oyunda meydana çıxıb.

O, 2017-ci ildə Bakıda keçirilən U-17 Avropa çempionatında da iştirak edib.

Karakaş Türkiyənin 3-cü liqasında mübarizə aparan "Erciyes 38"ün futbolçusudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti