AFFA-nı ayağa qaldıracaq “ALVER” İDDİASI: “Bu, mafiya komandasıdır!” - FOTOLIAR

20:00 Qalmaqal 373
AFFA-nı ayağa qaldıracaq “ALVER” İDDİASI: “Bu, mafiya komandasıdır!” - FOTOLIAR

I Liqanın 12-ci turunda qeydə alınan nəticə hər kəsi şoka saldı.

Çempionluğa iddialı “Səbail” doğma meydanında sonuncu pillədə yer alan “Şimal”a 3:4 hesabı ilə uduzdu.

Bu, şimallıların cari mövsümdə ilk qələbəsi kimi qeydə alındı.

Nəticə ilə işimiz yoxdur. Futbolda bir komandanın udub, digərinin uduzması normal haldır. Diqqət yetirilməsi vacib məsələ başqadır.

Hesabı ilk hissənin sonuna yaxın – 43-cü dəqiqədə “Səbail”in hücumçusu Emil Qasımov açıb.

İkinci hissədə meydanda qol yağışı yağıb. “Şimal” 48-65-ci dəqiqələr aralığında, 17 dəqiqə ərzində rəqib qapısından nə az, nə çox, 4 top keçirib.

“Səbail” sona yaxın qollardan 2-sinin əvəzini çıxsa da, artığına gücü çatmayıb.

Oyun ərzində yaşananlar, yəni Bayıl təmsilçisinin ilk yarıda qol vurub, fasilədən sonra 4 top buraxması tək azərbaycanlı futbolsevərlərdə yox, əcnəbiləri də təəccübləndirib. Hətta özündən çıxarıb deyə bilərik.

“Səbail”in sosial şəbəkə hesablarındakı paylaşımın rəy bölməsində yazılan şərhlərə baxanda, ortaya müəyyən şübhələr çıxır:

“Burada təsadüf var?”

“Bütün həyatımız satılır, o cümlədən, ikinci liqa”.

“Mafiyanın komandası".

“Azərbaycan futbolu mafiya liqasıdır. 17 dəqiqəyə 4 qol, komedi şoudur”.

“Ağılsızlıqdır. Bu komanda heç bir rəqibini uda bilməmişdi”.

“FİFA bu komandanı mütləq araşdırmalıdır”.

Bütün bu yazılanlar əcnəbi ad-soyadlı şəxslərə məxsusdur. Çox güman, ölkə xaricindən “Səbail”in qələbəsinə pul qoyan proqnozsevərlərdir.

İstənilən halda bu oyunla bağlı ciddi araşdırmaya ehtiyac var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti