Premyer Liqada OLAY: Əcnəbi baş məşqçi onu təhqir etdi - QALMAQALLI VİDEO

22 Dekabr 22:40 Qalmaqal 362
Premyer Liqada OLAY: Əcnəbi baş məşqçi onu təhqir etdi - QALMAQALLI VİDEO

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 16-cı turunda “Qarabağ”a qarşı keçirilən matçda hakimi təhqir edib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın 41-ci dəqiqəsində Əli Əliyevə qarşı qərarına görə ağır ifadələr işlədib.

Həmin epizodda top “Qəbələ”nin futbolçusuna dəymədən qapı xəttini keçir. Lakin hakim künc zərbəsinə işarə verir. Bu qərar isə gürcü mütəxəssisi özündən çıxarır. Sxadadze hakimin qərarına etiraz olaraq onu təhqir edir.

Həmin anlar matçı yayımlayan “CBC Sport”un kameralarına düşüb.

Br müddət öncə “Neftçi”nin baş məşqçisi Samir Abasovu hakimləri təhqir etdiyi əks olunan videogörüntülərə görə cəzalandıran komitənin Sxadadzeni də 4 matçlıq diskvalifikasiya edəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi