Premyer Liqada iki komanda arasında əlbəyaxa davanın VİDEOsu

01:10 Qalmaqal 137
Premyer Liqada iki komanda arasında əlbəyaxa davanın VİDEOsu

Premyer Liqanın XIV turunda keçirilən “Sumqayıt” – “İmişli” oyununun (1:0) sonlarında insident yaşanıb.

Hadisə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçın 90+12-ci dəqiqəsində “İmişli”nin futbolçusu Ronaldo de Souza topu yan xəttdən meydana daxil etmək istəyərkən “Sumqayıt”ın texniki zonası ilə insident yaşayıb.

Futbolinfo.az-ın məlumatına görə, münaqişə İmişli təmsilçisinin futbolçusu İbrahim Əliyev penaltini dəqiq yerinə yetirə bilməyərkən baş verib.

Belə ki, Əliyev “Sumqayıt”ın yetirməsi olduğu üçün azarkeşlər onun qol vurmağa cəhd etməsini etirazla qarşılayıb. O, penaltini düzgün yerinə yetirə də bilməyib.

Bunun nəticəsində gərginlik artıb. O, “kimyaçılar”ın hücumçusu Aleksandr Ramalingom tərəfindən təhqir olunduğunu da iddia edib.

Böyüyən hadisə əlbəyaxa davaya çevrilib. Əliyar Ağayev meydan sahiblərindən Xəyal Fərzullayevi, qonaqlardan isə Ronaldo de Souza və Luis Silvestri sarı vərəqə ilə cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!