Azərbaycanlı qapıçı Avropa klubundan FİFA-ya şikayət etdi - FOTO

3 Dekabr 2025 20:00 Qalmaqal 2 991
Azərbaycanlı qapıçı Avropa klubundan FİFA-ya şikayət etdi - FOTO

Millinin sabiq qapıçısı Yusif İmanov FİFA-ya müraciət edib.

O, son 3 ayda formasını geyindiyi «Malışeva»dan şikayətçidir.

Səbəb sadədir - Kosova klubu bu ilin avqustunda sıralarına qatdığı azərbaycanlı kiper qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib.

Balkan təmsilçisi 3 aya yaxın müddət ərzində onun əməkhaqqısını ödəməyib. Yusif bu üzdən «Malışeva» ilə kontraktını birtərəfli qaydada pozub və Azərbaycana dönüb.

İndi onlar yığmamızın eks qapıçısına borcunu ödəməlidir. Əks halda, «Malışeva»ya transfer qadağası qoyulacaq.

Yayda «Sabah»ı Kosovo komandasına dəyişmişq İmanov bu dəfə «Kəpəz»lə anlaşıb. Sözləşmə gələn ilin yayınadək, yəni, mövsümün sonunadək qüvvədədir.

SPORTİNFO.AZ

Millimizin qapıçısı karyerasını Kosovoda davam etdirəcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0