Azərbaycan futbolunda fırıldaq! Burada cinayət tərkibi var - FOTOFAKT

17 Noyabr 21:20 Qalmaqal 929
Azərbaycan futbolunda fırıldaq! Burada cinayət tərkibi var - FOTOFAKT

Azərbaycan klubunun əl atdığı fırıldağın üstü açılıb.

Sportinfo.az xəbər verir ki, adı “qara iş”də hallanan klub “Sheki City”dir.

Yayda yeni sponsor tapan II Liqa təmsilçisi bir neçə futbolçuya özünü “pullu klub” kimi təqdim etməklə aldatmağa nail olub.

Proses necə baş verib?

Aşağıda təqdim etdiyimiz müqavilə futbolçulardan biri ilə bağlanıb.

Anonim futbolçuya rəsmi sənəddə bildirilib ki, o, bağlanan peşəkar müqaviləyə əsasən hər ay klubdan 1300 (min üç yüz manat) məbləğində maaş alacaq. Futbolçu mövcud şərtlə razılaşaraq sənədə qol çəkib.

Sənəddə “Sheki City”nin bank hesabı, klubun möhürü və “Sheki City FC” MMC-nin direktoru Elgün Hüseynovun imzası öz əksini tapıb. Yəni rəsmi sənəd üçün tələb olunan bütün proseslərə əməl olunub.

Lakin PFL-ə fərqli müqavilə sənədi göndərilib. Həmin sənəd ki, həvəskar statusu daşıyır və orada klubla futbolçu arasında razılaşdırılan aylıq məvacib göstərilməyib.

Futbolçu ilə 30.07.2025-ci il tarixində razılaşdırılan müqavilə sənədi oyunçunu rəsmiliyə inandırmaq üçün bağlanıb və heç bir quruma təqdim olunmayıb.

İndi futbolçu maaşını almaq üçün AFFA-ya şikayət etmək istəsə, əlindəki sənəd etibarlı sayılmaya bilər. Çünki klub tərəfindən assosiasiyaya həvəskar statuslu müqavilə təqdim olunub.

AFFA isə futbolçunun əlindəki yox, klubun onlara göstərdiyi sənədə əsaslanması anlaşılandır.

Əl atılmış fırıldaqda cinayət tərkibinin olub-olmadığını hüquq-mühafizə orqanları araşdırsa, klub ciddi sanksiyalarla üzləşə, saxtakarlığa qol qoyan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!