QALMAQAL! Direktor acığa düşdü, mübahisə qızışdı, komandanı meydandan çıxardı

14:00 Qalmaqal 569
QALMAQAL! Direktor acığa düşdü, mübahisə qızışdı, komandanı meydandan çıxardı

I Liqada qarşıdakı mövsümə hazırlaşan «Səbail» və «Cəbrayıl» arasında qalmaqal yaşanıb.

«ASCO Arena»da keçirilən yoxlama görüşü ciddi narazılıq üzündən baş tutmayıb.

Səbəb «dənizçilər»in meydana gənclərdən ibarət ikinci heyətlə çıxmaq istəməsidir. Bayıl təmsilçisinin aparıcı oyunçularına istirahət verməsi «Cəbrayıl»ın direktoru Şahin Məmmədova xoş gəlməyib.

O, məşq edən futbolçuları meydandan çıxarıb. Daha sonra qarşı tərəflə mübahisə düşüb.

Şahin Məmmədov «Səbail»in baş məşqçisi Elvin Məmmədovu onlara barmaqarası münasibət göstərməkdə qınayıb, bu halda yoxlama matçının təşkilinin mənasız olduğunu bildirib.

Tərəflər əlbəyaxa həddinə çatmayıb. Baxmayaraq ki, E.Məmmədovun köməkçiləri də bu «söz atışması»na qoşulub.

«Səbail»in rəsmilərinin hadisəyə müdaxiləsi nəticəsində insidentin böyüməsinin qarşısı alınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti