Azərbaycanda işini itirən baş məşqçi böyük miqdarda təzminat tələb edir!

22 İyun 22:55 Qalmaqal 448
Azərbaycanda işini itirən baş məşqçi böyük miqdarda təzminat tələb edir!

«Mingəçevir» rəhbərliyi ilə Füzuli Məmmədov arasında qalmaqal tədricən böyüməkdədir.

Artıq oxun yaydan çıxdığını söyləyə bilərik.

Gözlənilmədən postundan uzaqlaşdırılması baş məşqçiyə yaman yer edib və buna görə onları bağışlamaq niyyətindən uzaqdır.

Gedişat məhkəməyə doğru aparır. Bu ilin əvvəlində 3 illik müqaviləyə imza atan çalışdırıcı pul almadan «işıqçılar»ın yaxasından düşməyəcək, deyəsən.

Hər halda bu yöndə aldığımız məlumatlar kifayət qədər ciddidir. Belə ki, F.Məmmədovun böyük təzminat tələbi ilə çıxış etməsi bildirilir.

Hələ 2 illik kontraktının olmasını əsas gətirərək, onun birtərəfli qaydada ləğvinə görə kopensasiya əldə eləmək fikrindədir.

Ürəyindən keçən məbləğ isə üst-üstə 100 min manata yaxın bir məbləğdir. F.Məmmədov artıq AFFA-ya baş vurub, problemin həllində köməklik istəyib.

İş ondadır ki, «Mingəçevir» mənsubları bu ilin yanvarında baş məşqçi postuna gətirdiyi Füzuli Məmmədovla bağlı akt tərtib edib.

Klubun İdarə Heyətinin sədri Nurlan Əhmədovun köməkçisi Ruslan Həmidovun imzaladığı sənəd məktub şəklində ona göndərilib.

Burada mütəxəssislə müqaviləyə xitam verildiyi göstərilib. Səbəb kimi maraqlı fakt qeyd olunub. Bildirilib ki, o, mayın 22-də düşrəgəni tərk edib və bir daha geri qayıtmayıb.

Halbuki onun ayın sonuna (31 may) kimi Mingəçevirdə qalması mütləq imiş. Qeyd edilib ki, F.Məmmədov bu müddətdə hər gün saat 09:00-dan 18:00-dək stadionda olmalıymış, amma gündəlik iş rejiminə riayət etməyib.

O isə «işıqçılar»ın idarəçiləri ilə əlaqə saxlayaraq, ona tutulan iradı absurd adlandırıb.

«Mən çempionat başa çatan kimi Bakıya qayıtmışam. Ayın 22-dən sonra Mingəçevirdə qalıb nə etməli idim?

Stadionun işçilərini, yaxud yerli azarkeşləri yığıb, onlara məşq keçməliydim?» söyləyib.

F.Məmmədov yanvar ayında komandanı Ədahim Niftəliyevdən təhvil alıb. «Mingəçevir» bu müddətdə 29 xal toplayaraq, turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu