Növbəti QALMAQAL! “Səni səhv eləyib, baş məşqçi gətiriblər, çıx get buradan”

17:00 Qalmaqal 1 281
Növbəti QALMAQAL! “Səni səhv eləyib, baş məşqçi gətiriblər, çıx get buradan”

Premyer Liqanın son turunda «Qarabağ»a 0:7 hesablı məğlubiyyət «Karvan»da gərginliyi pik həddə çatdırıb.

Çempionatı tərk edəcəyi şübhə doğurmayan «sarvanlar»da növbəti qalmaqal yaşanıb.

Füzuli Məmmədovun ağır yenilginin günahkarı qismində futbolçuları göstərməsi iki tərəf arasında insident yaradıb.

Baş məşqçinin onları məsuliyyətsizlikdə suçlaması, «siz mənim sistemimə uyğun gəlmirsiz» deməsi kollektiv üzvlərini lap qıcıqlandırıb.

Oyunçuların bir qismi baş məşqçinin üzərinə yeriyib. Paltardəyişmə otağında alov götürən hadisə ətrafıdakı digər işçilərin köməyi ilə yatrılıb.

Məmmədova «sən bizi boğaza yığmısan» cavabı verən futbolçular onun baş məşqçi postunu tutmağa layiq olmadığını deyiblər:

«Səni səhv eləyib bura gətiriblər. Rəhbərlikdən xahiş edəcəyik ki, bir qərar versinlər.

Biz səninlə işləmək istəmirik. Çıx get!».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti