Onu bir də gözüm görməsin, uzaqlaşdırın getsin - Həmin hadisənin VİDEOsu

14:00 Qalmaqal 835
Onu bir də gözüm görməsin, uzaqlaşdırın getsin - Həmin hadisənin VİDEOsu

I Liqanın 15-ci turunda keçirilən MOİK - “Səbail” görüşündə (1:0) qalmaqal yaşanıb.

“Səbail”in baş məşqçisi Adil Şükürov 60-cı dəqiqədə kapitan Yusif Nəbiyevi əvəzləmək istəsə də, o, meydanı tərk etməyib.

Müdafiəçi çalışdırıcıya oyuna davam edəcəyini bildirib. Baş hakim də onun meydandan çıxmadığını görərək, matçı davam etdirib.

Adil Şükürov bu qalmaqalla bağlı deyib:

“Rəhbərliklə danışmışam. İclas olacaq. Yəqin ki, bununla bağlı lazımi tədbir görüləcək.

Futbolçu ilə sonradan danışığımız olmayıb. Deyilənlərin hamısı həqiqətə uyğun deyil, söz-söhbətdir. Hər şey iclasdan sonra aydınlaşacaq”.

Bizdəki məlumata görə, baş məşqçi Nəbiyevin xidmətində maraqlı deyil. O, kapitanı komandadan uzaqlaşıdrmaq istəməsi barədə idarəçiləri məlumatlandırıb.

Bildirib ki, Yusif özünü qeyri-peşəkar aparıb və subardinasiya qaydalarını pozub və digər futbolçulara pis örnək olub.

“Dənizçilər” hazırda 26 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Bayıl təmsilçisi ilk iki sıranı bölüşdürən “Şəfa“ ilə “Baku Sportinq“dən 6 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti