"Azərbaycanla heç vaxt oynamamışıq, onlara bələd deyilik"

8 Mart 03:00 Qadın futbolu 300
"Azərbaycanla heç vaxt oynamamışıq, onlara bələd deyilik"

İsveçrənin qadınlardan ibarət komandasının baş məşqçisi Pia Sundhaqe AVRO-2025-in seçmə mərhələsinin püşkatma mərasimindən sonra Azərbaycan, Türkiyə və Macarıstanla eyni qrupa düşmələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis milimizlə oynamadıqları üçün oyunumuza bələd olmadıqlarını bildirib:

"Evdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başlayır. Bu fantastikdir.

Matç boyu mübarizə aparan Macarıstan kimi güclü rəqiblə qarşılaşacağıq. Bundan əlavə, Türkiyə yığmasının çox az qol buraxdığını bilirəm.

Bununla belə, biz heç vaxt Azərbaycana qarşı oynamamışıq. Onların oyunlarına da bələd deyilik".

AVRO-2025-in seçmə mərhələsinin oyunları aprel-iyul aylarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"