Azərbaycan millisinin seçmə mərhələ oyunlarına təyinatlar açıqlandı

8 Mart 04:00 Qadın futbolu 284
Azərbaycan millisinin seçmə mərhələ oyunlarına təyinatlar açıqlandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız ilk oyununu martın 14-də Bolqarıstana qarşı keçirəcək.

14 mart

Bolqarıstan – Azərbaycan
Hakimlər
: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan).
Dördüncü hakim: Tatyana Sorokopudova (Bolqarıstan).

17 mart
Sloveniya – Azərbaycan
Hakimlər:
Steysi Pirson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).

20 mart

Azərbaycan – Moldova
Hakimlər:
Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).

Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun oyunları Bolqarıstanda təşkil olunacaq. Azərbaycan millisi ilk 2 görüşünü Sliven, son matçını isə Stara Zaqora şəhərində keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!