Azərbaycan komandası B Liqasında Bolqarıstana uduzdu

6 Aprel 2024 17:20 Qadın futbolu 1 091
Azərbaycan komandası B Liqasında Bolqarıstana uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milli B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviyaya qarşı keçirəcək.

Millimiz turnirdə ilk görüşündə Monteneqroya 0:4 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu