Rumıniyalı gözəllərin yolu millimizin qızları ilə kəsişdi

6 Aprel 02:30 Qadın futbolu 340
Rumıniyalı gözəllərin yolu millimizin qızları ilə kəsişdi

Qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveçrə oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda oynanılacaq matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

9 aprel

Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar)
Baş hakim:
Alina Pesu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir
"Dalğa Arena". Saat 16:00

Digər Xəbərlər
Xəbər Lenti