COP29

“Neftçi”nin qızlarına çempionluq yaraşır - FOTOLAR

19 May 02:10 Qadın futbolu 759
“Neftçi”nin qızlarına çempionluq yaraşır - FOTOLAR

AFFA-nın təşkil etdiyi AFFA Yüksək Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu – 18-ci turda “İnter” (Xaçmaz) üzərində 14:0 hesablı qələbə qazanan “Neftçi” komandası yarışın qalibi olub.

“Sumqayıt” ikinci, “Baku Juniors” isə üçüncü yeri tutublar.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər də bəlli olub.

“İnter”in futbolçusu Bədriyyə Mavludova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin üzvü Günay İsmayılova ən yaxşı qapıçısı seçilib.

Mövsüm ərzində 77 qol vuran “Neftçi”nin oyunçusu Aysun Seydiyeva isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

THY Futbol Mərkəzində təşkil edilən mərasimdə mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və “Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.

Şəkillər AFFA-ya məxsusdur























Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?