COP29

“Neftçi” Çempionlar Liqasında mübarizə aparacaq – “İnter”i udsa

16 May 2024 20:20 Qadın futbolu 1 779
“Neftçi” Çempionlar Liqasında mübarizə aparacaq – “İnter”i udsa

“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan komanda 18-ci turda “İnter” (Xaçmaz) ilə qarşılaşacaq.

Mayın 18-i saat 13:00-da “Neftçi” Futbol Mərkəzində baş tutacaq matçdan sonra mükafatlandırma mərasimi təşli olunacaq. Oyun və mükafatlandırma mərasiminin “Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

15 tura 42 xal toplayan “Neftçi” turnir cədvəlində birinci pillənin sahibi, 16 oyun keçirən “Sumqayıt”dan 3 xal geri qalır. Bu isə o deməkdir ki, “ağ-qaralar” qələbə qazanarsa, xallar bərabərləşəcək.

Belə olan halda, çempionun müəyyənləşməsi üçün əsas göstərici kimi komandalar arasındakı şəxsi nəticələr (1:2, 2:0) nəzərə alınacaq ki, bu halda, “Neftçi” üstün olduğu üçün Azərbaycan çempionluğunu qazanacaq.

Yüksək Qızlar Liqasının çempionu qadınlar arasında təşkil olunan Çempionlar Liqasında mübarizə aparacaq.”

Digər Xəbərlər
Xəbər Lenti