COP29

Millimiz Türkiyəyə böyük hesabla məğlub oldu

8 May 02:00 Qadın futbolu 303
Millimiz Türkiyəyə böyük hesabla məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti