COP29

Millimiz Belarusa uduzdu

3 May 2024 23:20 Qadın futbolu 415
Millimiz Belarusa uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində oynanılan görüş Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.

Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti