Monteneqro - Andorra oyunu Fərdə, Sevda və Gülnarəyə tapşırıldı

2 Aprel 2024 03:30 Qadın futbolu 645
Monteneqro - Andorra oyunu Fərdə, Sevda və Gülnarəyə tapşırıldı

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Monteneqro - Andorra oyunu Azərbaycandan olan hakimlər briqadasına həvalə olunub.

Sportinfo.az xəbər verir ki, aprelin 5-də baş tutacaq görüşü UEFA Fəridə Lütfəliyevaya tapşırıb.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Maltalı Yoanna Vassallo dördüncü hakim funksiyasını icra edəcək.

C liqasının 3-cü qrupu çərçivəsindəki qarşılaşma Monteneqronun paytaxtı Podqoritsadakı “Qradski Podqoritsa” stadionunda reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu