Azərbaycan millisinin oyununu ingilis qızı idarə edəcək

2 Aprel 2024 03:10 Qadın futbolu 910
Azərbaycan millisinin oyununu ingilis qızı idarə edəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstandakı görüşü ingiltərəli Kirsti Doul idarə edəcək.

Ona Sofi Denninqton və Rubi Sykes kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Emili Heaslip yerinə yetirəcək.

Matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu