Ayşən, Arzu, Vahidə, Xanım - Qızlar Avropa ilə vidalaşdı

21 Mart 02:10 Qadın futbolu 195
Ayşən, Arzu, Vahidə, Xanım - Qızlar Avropa ilə vidalaşdı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin 4-cü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.

Bundan əvvəl Bolqarıstan yığmasına 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olan Azərbaycan milli komandası qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti