Gürcüstan və Türkiyə klublarından Azərbaycan yığmasına cəlb olundular

14 Mart 03:30 Qadın futbolu 253
Gürcüstan və Türkiyə klublarından Azərbaycan yığmasına cəlb olundular

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz martın 25-dən 31-dək Bakıda hazırlıq keçəcək, aprelin 1-də isə seçmə mərhələyə yollanacaq.

Yığma komandamızın turnirdə keçirəcəyi oyunların təqvimini və toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

6 aprel
Bolqarıstan – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00

Mehriban Şahməmmədova – Neftçi
Güləsər İsmailova – Araz-Naxçıvan
Aydan Əkbərova – Baku Juniors
Aysel Ziyadova – Qəbələ
Aytac Mirzəyeva – Neftçi
Fatimeyi Zəhra Huseynli – WFC Vera (Gürcüstan)
Səma Həsənli – Qəbələ
Müjgan Seyidova – Neftçi
Fatimə Əhmədova – Baku Juniors
Aydan Həsənova – Neftçi
Buse Nur Kocabey – Asya Spor (Türkiyə)
Röya Əliyeva – Baku Juniors
Mələk Hacıyeva – Baku Juniors
Şəkər Piriyeva – Araz-Naxçıvan
Aysu Murtuzayeva – Neftçi
İntizar Haqverdiyeva – Baku Juniors
Lalə Abbaszadə – Neftçi
Nailə Əliyeva – Baku Juniors
Fidan Abışova – Baku Juniors

Digər Xəbərlər
Xəbər Lenti