Türkiyə millisinin baş məşqçisi komandamızdan danışdı

9 Mart 08:50 Qadın futbolu 451
Türkiyə millisinin baş məşqçisi komandamızdan danışdı

Türkiyənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Necla Güngör komandasının Azərbaycan, Macarıstan və İsveçrə ilə B1 qrupunda mübarizə aparacağı AVRO-2025-in seçmə mərhələsinin püşkatma mərasimini şərh edib.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan millisi barədə fikirlərini bildirib:

"Azərbaycanla çoxlu yoldaşlıq oyunları keçirmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Qrupdakı bütün rəqibləri təhlil edəcəyik".

AVRO-2025-in seçmə mərhələsinin oyunları aprel-iyul aylarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!