Azərbaycan millisinin baş məşqçisini istəyir - Türkiyə klubları

30 Dekabr 2023 01:10 Qadın futbolu 669
Azərbaycan millisinin baş məşqçisini istəyir - Türkiyə klubları

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov yenidən Türkiyədə işləyə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, qardaş ölkənin bir neçə təmsilçisi 36 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Lakin milli assosiasiyanın baş katibi çalışdırıcı ilə maraqlanan komandaların adlarını açıqlamayıb.

Siyasət Əsgərov bir neçə gün öncə öz istəyi ilə Türkiyənin “Fomget” klubundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"