Türkiyə klubu azərbaycanlı baş məşqçini niyə istefaya göndərib?

26 Dekabr 2023 17:00 Qadın futbolu 721
Türkiyə klubu azərbaycanlı baş məşqçini niyə istefaya göndərib?

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərovun “Fomget”dən ayrılmasının səbəbi məlum olub.

O, millimizdəki işlərinin çoxluğu üzündən Türkiyə klubunu tərk edib.

Belə ki, son vaxtlar əsasən Bakıda olduğundan, “Fomget”ə ciddi vaxt ayıra bilməyib və bu, nəticələrin pisləşməsinə gətirib çıxarıb.

Əsgərovun qardaş ölkədəki işini arxa plana salması UEFA Millətlər Liqasıyla birbaşa əlaqədardır. Belə ki, komandamız C Liqasında yer aldığı 3-cü qrupu lider bitirib.

Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən yığmamız 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.

Əsgərovu bundan sonra gərgin qrafik gözləyir. Bunu nəzərə alan tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

“Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub.

Komandanı indən belə Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"