Türkiyə klubu azərbaycanlı baş məşqçini istefaya göndərdi

26 Dekabr 2023 01:00 Qadın futbolu 1 220
Türkiyə klubu azərbaycanlı baş məşqçini istefaya göndərdi

Türkiyənin qadın futbolçulardan ibarət "Fomget" klubu baş məşqçi Siyasət Əsgərovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

\Azərbaycanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Fomget" ötən mövsüm Siyasət Əsgərovun rəhbərliyi altında Türkiyə çempionu olub. Paytaxt klubu cari mövsümdə 14 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Komanda lider "Fənərbaxça"dan 7 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu