“Neftçi”ni uddular, buranı “şadlıq evi“nə çevirdilər, acıq verdilər - VİDEO+FOTOLAR

19 Dekabr 2023 11:40 Qadın futbolu 1 014
“Neftçi”ni uddular, buranı “şadlıq evi“nə çevirdilər, acıq verdilər - VİDEO+FOTOLAR

Yüksək Qızlar Liqasında 5-ci turun oyunları keçirilib.

“Sumqayıt”“Kapital Bank Arena”nın ehtiyat meydançasında “Neftçi” ilə üz-üzə gəlib.

Ev sahibləri hesabda geri düşməsinə baxmayaraq, geridönüş etməklə, çempionluq yolunda əsas rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Onlardan Lamiyə Əlizadə və Şəfəq Nəsirova fərqlənib.

Sumqayıtlı qızlar 5 turdan sonra maksimum nəticə göstərməklə turnir cədvəlinin zirvəsində yer alıb.

Yerli komanda “Neftçi” üzərində qələbəni böyük sevinc hissi ilə qeyd edib.

Matçdan sonra paltardəyişmə otağını “şadlıq evi“nə çeviriblər, mahnı oxuyublar, qarşı tərəfə mesaj göndəriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu