Azərbaycanlı qadınlar dünya reytinqində irəlilədi

16 Dekabr 2023 02:10 Qadın futbolu 293
Azərbaycanlı qadınlar dünya reytinqində irəlilədi

FİFA qadınlardan ibarət milli komandalar üzrə yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi reytinqdə 2 pillə irəliləyib.

Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda 1305,48 xalla 76-cı yerdədir.

Sıralamaya İspaniya yığması liderlik edir - 2066,05 xal. ABŞ millisi 2-ci (2045,12 xal), Fransa komandası isə 3-cüdür (2021,69 xal).

Azərbaycan yığması Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edib və Azərbaycan millisi 5 qələbə, 1 heç-heçəyə imza ataraq qrup lideri kimi B Liqasına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti