Azərbaycan yığmasının rəqibləri bilindi - Avropa çempionatında

9 Dekabr 2023 01:10 Qadın futbolu 758
Azərbaycan yığmasının rəqibləri bilindi - Avropa çempionatında

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında Azərbaycan yığması 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq.

İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq. Turnirin final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!