Nigar vurdu, Azərbaycan millisi son matçda qalib gəldi

5 Dekabr 2023 21:00 Qadın futbolu 531
Nigar vurdu, Azərbaycan millisi son matçda qalib gəldi

Bu gün qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunda son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv evdə Farer adaları ilə oynayıb.

Millimiz bu görüşdə də qələbə qazanıb.

Azərbaycan bundan əvvəl Kipr (1:1, 1:0), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynamışdı.

Millimiz artıq beşinci turda qrup liderliyini təmin edərək, B divizionuna keçidini rəsmiləşdirmişdi.

Azərbaycan – Farer adaları 1:0
Qol:
Nigar Mirzəliyeva, 68

Digər Xəbərlər
Xəbər Lenti