Millimizin yeni baş məşqçisi onlardan biri olacaq? - SİYAHI

3 Dekabr 2023 23:00 Qadın futbolu 4 292
Millimizin yeni baş məşqçisi onlardan biri olacaq? - SİYAHI

Azərbaycan millil komandasının italiyalı baş məşqçisi Canni De Byazi tutduğu vəzifədən uzaqlaşdırılıb.

AFFA İcraiyyə Komitəsinin dünənki iclasında italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılmadı.

Beləcə De Byazi Azərbaycan millisindən getməli oldu.

İndi əksər mütəxəssislər və idman jurnalistləri deyirlər ki, milli komandanı yerli baş məşqçi çalışdırmalıdır.

Bəs Canni De Byazini hansı azərbaycanlı baş məşqçi əvəzləyə bilər?

Sportinfo.az xəbər verir ki, tanınmış idman jurnalisti, “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə milli komandamızın sükanı arxasına gətirilə biləcək mümkün məşqçilərin siyahısını hazırlayıb.

“2015-ci ildən indiyədək PRO kateqoriyası almış bu qədər məşqçisi olan ölkənin milli komandasının baş məşqçisi vəzifəsi əcnəbi mütəxəssisə niyə tapşırılsın ki?”, - deyə R.Mövsümzadə dolayısı ilə Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının (AFFA) rəhbərliyinə sual ünvanlayıb.

Jurnalist Avropa Futbol İttifaqından (UEFA) PRO kateqoriyası almış məşqçilərin siyahısını da təqdim edib.

Həmin siyahını sizin diqqətinizə çatdırırıq:

Digər Xəbərlər
Xəbər Lenti