Ayşən və Aydan azərbaycanlı qızların üzünü güldürdü

23 Mart 2023 01:00 Qadın futbolu 4 578
Ayşən və Aydan azərbaycanlı qızların üzünü güldürdü

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşıb.

Görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın yer aldığı qrupun digər oyununda Bosniya və Herseqovina Monteneqro üzərində 4:2 hesablı qələbəyə sevinib.

B qrupu

Azərbaycan - Qazaxıstan - 2:0

Qollar: Ayşən Salamzadə, 17-pen; Aydan Həsənova, 80
Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)

Bosniya və Herseqovina - Monteneqro - 4:2

Qollar: Muhiç, 9, Hadzikaduniç, 17, Radoşeviç, 45, Pupiç, 51 - Tomaşeviç, 41, 45+3

Xallar: Bosniya və Herseqovina, 3, Azərbaycan, 3, Monteneqro, 0, Qazaxıstan, 0.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu