AFFA Premyer Liqa klublarına daha 50000 manat təklif edir ki…

5 Mart 2023 09:40 Qadın futbolu 515
AFFA Premyer Liqa klublarına daha 50000 manat təklif edir ki…

AFFA Premyer Liqa klublarını yeni istiqamət üzrə stimullaşdırmağı qərarlaşdırıb.

Söhbət qadın futbolundan gedir.

Bilindiyi kimi, federasiya zərif cins nümayəndələrindən ibarət komandaların fəaliyyət göstərməsi üçün elita təmsilçilərinə vəsait ayırıb.

Bu məqsədlə illik 100 min manat nəzərdə tutulub. Yüksək liqa nümayəndələrindən yalnız «Qarabağ» və «Zirə» bu təşəbbüsə qoşulmayıb.

Onlar qadın komandası formalaşdırmaqdan imtina edib, başqa sözlə, AFFA-nın 100 min manatını almaqdan boyun qaçırıb.

Premyer Liqanın gələnilki iştirakçıları qadın futboluna görə əlavə olaraq 50 min manat alacaq. Bu vəsait azyaşlı qızlardan ibarət bir neçə yaş qrupunun yaradılmasına sərf ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!