Azərbaycanlı qızların TƏQVİMİ

22 Fevral 2023 01:10 Qadın futbolu 249
Azərbaycanlı qızların TƏQVİMİ

Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamızın oyunlarının təqvimi aşağıdakı kimidir:

22 mart

17:00. Azərbaycan - Qazaxıstan
Novi Gradski stadionu (Ugljevik)

25 mart

17:00. Bosniya və Herseqovina - Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

28 mart

16:00. Monteneqro – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

Digər Xəbərlər
Xəbər Lenti