“Azərbaycan tərəfi çox israr etdi, o, Almaniya millisini seçdi“

4 Fevral 2023 00:40 Qadın futbolu 775
“Azərbaycan tərəfi çox israr etdi, o, Almaniya millisini seçdi“

Türk əsilli futbolçu Selina Çerçi Almaniyanın qadınlardan ibarət əsas milli komandasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda Selinanın atası Fərhad Çerçiyə istinadla bildirilir ki, 2000-ci il təvəllüdlü futbolçunu Almaniya ilə yanaşı Türkiyə və Azərbaycan komandaları da heyətində görmək istəyib.

F.Çerçi deyib: "Qızım dörd yaşından öz istəyi ilə futbola yazılıb. Selinaya Türkiyə, Azərbaycan və Almaniyadan təkliflər vardı.

Türkiyə təklif irəli sürdükdən sonra bizimlə əlaqə saxlamadı. Azərbaycan tərəfi isə çox israr etsə də, qızım Almaniya millisini seçdi".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"