Qızların baş məşqçisi idi, oğlanların yığmasına köməkçi getdi

30 Yanvar 2023 21:00 Qadın futbolu 736
Qızların baş məşqçisi idi, oğlanların yığmasına köməkçi getdi

Qızlardan ibarət gənclərdən yığmanın baş məşqçisi Zamir Həsənov iş yerini dəyişib.

O, bundan sonra oğlanlardan ibarət millidə fəaliyyət göstərəcək.

Gənc mütəxəssis U-18-də Elxan Məmmədovun köməkçisi olacaq. Həsənov bu haqda sosial şəbəkə hesabınya yazıb:

“Bu ilin yanvar ayında qızlardan ibarət müxtəlif yığmalarda məşqci kimi işləməyimin 7 ili tamam oldu.

Düşünürəm ki, bacardığım qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Bu 7 ildə mənim üçün dəyərli insanları tanıdım.

Bu müddətdə mənə çox əziz və unudulmaz xatirələr qalacaq. Hər kəsə çox çox təşəkkür edirəm.

Yaxşı ki, burada işləmişəm. Yaxşı ki, sizləri tanımışam. Düşünürəm ki, artıq yeni çağırış etməyin vaxtı idi. Yenidən milli komandada çalışacam.

Amma bu dəfə oğlanlardan ibarət U-18-də köməkçi statusunda olacam. Mənim üçün yeni çağırışdır, yeni cığırdır və bu yolda yaxşı bir iz qoymaq ümidiylə yola çıxıram”.

Digər Xəbərlər
Xəbər Lenti