"Hazır komanda var idi, onu "Turan"ın adından çempionata buraxdıq"

30 Yanvar 2023 11:00 Qadın futbolu 583
"Hazır komanda var idi, onu "Turan"ın adından çempionata buraxdıq"

Doqquz illik aradan sonra Premyer Liqa üzü görən «Turan Tovuz» AFFA-nın təşkil etdiyi qızların ölkə çempionatında da təmsil olunur.

Rayonun 13 yaşlılardan ibarət komandası onların arasındadır.

Maraqlısı budur ki, azyaşlılardan ibarət kollektivdə bir tovuzlu yoxdur. Heyət Qazaxdan olan qızlardan ibarətdir.

Klubun idman direktoru Nadir Nəbiyev bunun səbəbini Sportinfo.az-a belə açıqlayıb:

«Biz qadın futbolu ilə bağlı sənədləşmə işlərinə bir qədər gec başladıq. Qazaxda hazır komanda var idi, onu «Turan»ın adından çempionata buraxdıq.

İndi burada bir tovuzlu azyaşlı qız uşağı da var. Növbəti çempionata iki yaş qrupu üzrə qız komandası buraxacağıq.

Artıq rayonun özündə də komanda yaratmışıq və yeni mövsümə hazırlaşırlar».

Digər Xəbərlər
Xəbər Lenti