
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova Türkiyədə komandasını dəyişib.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Amedspor”la anlaşıb.
O, Super Liqanın B qrupunda çıxış edən komanda ilə müqavilə imzalayıb. “Amedspor” Seyfəddinova ilə yanaşı, bir qapıçı və bir müdafiəçini də heyətinə qatıb.
Vüsalə Seyfəddinova mövsümün ilk dövrəsini Türkiyənin digər klubu “Adana İdmanyurdu”da keçirib.