
17 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümün ikinci mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında qruplar müəyyənləşib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq.
Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.