“Neftçi”yə icazə verilmədi xə xəbərdarlıq edildi – Legionerə görə

3 Dekabr 2022 01:50 Qadın futbolu 1 220
“Neftçi”yə icazə verilmədi xə xəbərdarlıq edildi – Legionerə görə

“Neftçi” heyətinə legioner futbolçu qatdığı üçün cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Bakılılar AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsini pozub. Yüksək Liqada legioner iştirakına icazə verilmir.

“Ağ-qaralar” Nyah Marie Petcunu heyətinə qatıb. O, VI turun “Sumqayıt”la səfər oyununda ehtiyat heyətində yer alıb. Buna görə “Neftçi”yə xəbərdarlıq edilib.

VII turun 8 №-li İOEUGiM ilə matçında isə legioner əsas heyətində yer alıb. Həmin görüşdə “ağ-qaralar”a texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu