Premyer Liqanın 2 klubu 100 min manatdan imtina etdi – QADIN SÖHBƏTİ

11 Noyabr 2022 14:40 Qadın futbolu 1 355
Premyer Liqanın 2 klubu 100 min manatdan imtina etdi – QADIN SÖHBƏTİ

Premyer Liqada mübarizə aparan 2 klub qadınlardan ibarət komanda yaratmaqdan imtina edib.

Söhbət “Qarabağ” və “Zirə”dən gedir.

Bu haqda Sportinfo.az-a AFFA-dan bildirilib. Hər iki elita təmsilçisi belə bir ideyanı gerçəkləşdirmək niyyətində olmadığı barədə federasiyanı məlumatlandırıb.

Bu isə o deməkdir ki, “Qarabağ” və “Zirə” qurumdan qadın futbolu üçün Premyer Liqa klublarına ayrılan 100 min manatı ala bilməyəcək.

əmin vəsait klublar üçün nəzərdə tutulmuş 3 milyon manatlıq yardım paketində də nəzərə alınıb.

Hazırda yüksək liqa mənsublarının bir neçəsinin nəzdində qadınlardan ibarət komanda mövcuddur. «Qəbələ», «Neftçi», «Sumqayıt», «Turan Tovuz» və «Sabah»ın adını çəkmək olar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu