Millimizin Xorvatiya ilə oyunlarını Fəridə idarə edəcək

10 Noyabr 2022 03:20 Qadın futbolu 603
Millimizin Xorvatiya ilə oyunlarını Fəridə idarə edəcək

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-da və 13-də Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, hər iki görüşün baş hakimi Fəridə Lütfəliyevə olacaq.

Ona yan xətt hakimləri Gülnurə Əkbərzadə və Sevda Nuriyeva kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.

Azərbaycan – Xorvatiya

10 noyabr. Dalğa Arena. Saat 16:00
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Kamran Əliyev

Azərbaycan – Xorvatiya
13 noyabr. Dalğa Arena. Saat 16:00
​Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev

Digər Xəbərlər
Xəbər Lenti