
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, milli Latviyada keçirən oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi ilk oyunda Latviyaya 0:4 hesabıyla uduzub.
Azərbaycan – Slovakiya 0:5
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)
Salaspils. Salaspils BSS stadium