AFFA Premyer Liqa klublarına 100 min manatlıq ideya verdi

25 Oktyabr 2022 09:40 Qadın futbolu 1 336
AFFA Premyer Liqa klublarına 100 min manatlıq ideya verdi

AFFA Premyer Liqa klublarına ideya verib. Yenilik sırf qadın futbolu ilə bağlıdır.

Federasiya elita təmsilçilərinə zərif cins nümayəndələrindən ibarət komanda yaratmağı təklif edib.

Layihəni reallaşdıranlar qurumdan 100 min manat alacaq. Həmin vəsait klublar üçün nəzərdə tutulmuş 3 milyon manatlıq yardım paketində də nəzərə alınıb.

Hazırda yüksək liqa mənsublarının bir neçəsinin nəzdində qadınlardan ibarət komanda mövcuddur. «Qəbələ», «Neftçi», «Sumqayıt», «Turan Tovuz» və «Sabah»ın adını çəkmək olar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu