Bu şəhərin daha bir komandası fəaliyyətini dayandırdı

20 Sentyabr 2022 17:40 Qadın futbolu 1 521
Bu şəhərin daha bir komandası fəaliyyətini dayandırdı

“Uğur”FK-nın qadın futbolçulardan ibarət komandası fəaliyyətini dayandırıb.

Bu haqda Sportinfo.az-a klubun prezidenti Vasif Maşayev məlumat verib.

Onun bildirdiyinə görə, maliyyə problemləri yarandığından, qadınlar arasında ölkə çempionatında təmsil olunmayacaqlar.

Region Liqasının ilk 2 mövsümünün qalibi olan “Uğur” üzümüzə gələn “futbol ili”ndə də iştirak etməyəcək.

Sumqayıt təmsilçisinin rəhbəri bildirib ki, növbəti sezonda iştirakla bağlı AFFA-ya müraciət olunmayıb. O, bunun səbəbi olaraq maliyyə çatışmazlığını göstərib.

“Uğur”un maddi problemlər üzündən ötən iki ildə də Region Liqasında mübarizə aparmadığını xatırladaq.

V.Maşayev hazırda klubun nəzdində yalnız 3 yaş qrupu üzrə (U-10, U-11, U-12) komandalarının fəaliyyətini davam etdirdiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti