Nazlıcanlı millimiz Bosniya ilə 1:1 etdi, 4-cü pilləni tutdu

7 Sentyabr 2022 01:50 Qadın futbolu 507
Nazlıcanlı millimiz Bosniya ilə 1:1 etdi, 4-cü pilləni tutdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina olub.

"Dalğa Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 11 xalla 2-ci sıradakı mövqeyini qoruyub.

YER

KOMANDALAR

O

Q

H

M

VQ

BQ

TF

X

1

Danimarka

8

8

0

0

40

2

38

24

2

Bosniya və Herseqovina

8

3

2

3

9

17

-8

11

3

Monteneqro

8

3

0

5

9

17

-8

9

4

Azərbaycan

8

2

1

5

5

16

-11

7

5

Malta

8

2

1

5

6

17

-11

7

6

Rusiya*

0

0

0

0

0

0

0

0

Digər Xəbərlər
Xəbər Lenti