Azərbaycan Maltaya qalib gəldi, qrupda dördüncü pilləyə yüksəldi

3 Sentyabr 2022 02:40 Qadın futbolu 576
Azərbaycan Maltaya qalib gəldi, qrupda dördüncü pilləyə yüksəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, E qrupu matçında rəqib Malta olub.

Ta Kali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.

Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb. Hər iki komanda 7 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti