Azərbaycan futbolunda tarixə düşən Qurbanova Türkiyə klubunda

1 Sentyabr 2022 20:00 Qadın futbolu 5 530
Azərbaycan futbolunda tarixə düşən Qurbanova Türkiyə klubunda

Azərbaycanlı sabiq FİFA referisi Səbayel Qurbanova (Kuzutürk) bundan sonra Türkiyədə çalışacaq.

36 yaşlı mütəxəssis “Didembelediyespor” ilə anlaşıb.

Sözügedən klub həmyerlimizi ictimaiyyətə təqdim edərək onun məşqçi kimi çalışacağını elan edib.

O, pandemiyaya qədər ölkəmizdə hakim kimi fəaliyyətini davam etdirirdi. Bundan sonra isə məşqçilik edəcək.

Səbayel Qurbanova 1986-cı ildə Astara şəhərində anadan olub. 2009-cu ildə Ukrayna İdman Akademiyasınının futbol fakültəsin bitirib.

Futbolçu kimi 2005-ci ildə “Gömrükçü”, 2006-cı ildə “Veqa”, 2007-ci ildə “Səbuhi” komandasının heyətində çıxış edib.

2006-cı ildə qadınlardan ibarət Azərbaycan millisinin heyətinə dəvət alıb.

2007-cu ildən hakimlik fəaliyyətinə başlayaraq əvəzedici heyətlərin, Birinci Birinci Divizion komandalarının iştirakı ilə keçirilən oyunlarda, eləcə də qadınlar arasında Azərbaycan çempionatının oyunlarında refer kimi oyunlara təyinat alır.

2011-ci ildə Premyer Liqada 3 dəfə referi kimi komandaları meydana çıxararaq yüksək dəstədə oyun idarə edən ilk qadın hakim kimi tarixə düşüb.

2012-ci ildən FİFA referisidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti